Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
# 05 dekabr 2022 09:49 (UTC +04:00)

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.

Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR