Göyçay rayonunda tövlə heyvanlarla birgə yanıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şahsoltanlı kəndində qeydə alınıb.
Kənd sakini Kərimov Laçın Məzlum oğluna məxsus ümumi sahəsi 96 kvadratmetr olan mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı tövlə ilə yanaşı içəridəki inəklər, qoyun, xeyli sayda ev quşu, xeyli ot yanıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
İlham Əhmədov