Gəncə şəhərində iki nəfər dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşən mənzildə dəm qazından zəhərlənərək ölüblər.
***
11 noyabr, 23.33
Gəncədə evdən iki meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində qeydə alınıb.
Belə ki, yaşayış evlərinin birində 1972-ci il təvəllüdlü İ. Hacıyev və 1987-ci il təvəllüdü T. Məmmədovun meyiti aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.