Göygöldə iki maşın toqquşub, 6 nəfər xəsarət alıb

Göygöldə iki maşın toqquşub, 6 nəfər xəsarət alıb
# 24 fevral 2023 17:35 (UTC +04:00)

Göygöl rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər - 1992-ci il təvəllüdlü Turac Cəfərov, 2002-ci il təvəllüdlü Nicat Əliyev, 1997-ci il təvəllüdlü Orxan Tağıyev, 2007-ci il təvəllüdlü Səbinə Əliyeva, 1978-ci il təvəllüdlü Qızılgül Əliyeva, 1974-cü il təvəllüdlü Hümbət Əliyev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR