Bank Of Baku

Güclü külək Gəncənin Qala divarı üzərindəki gerbini aşırıb - FOTO - VİDEO

Gəncə Qala divarı

© APA | Gəncə Qala divarı

# 22 mart 2022 12:04 (UTC +04:00)

Bir neçə gün əvvəl əsən güclü külək Gəncənin Qala divarı üzərində olan gerbini aşırıb.

APA-nın yerli bürosunun xəbərinə görə, artıq bir neçə gündür gerb aşmış vəziyyətdədir.

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğundan APA-ya bildirilib ki, hadisə martın 20-də axşam saatlarında baş verib. Güclü külək nəticəsində Qala divarların üzərində yerləşən gerbin aşması barədə dərhal aidiyyatı qurumlara məlumat verilib.

Qoruğun direktoru Cumalik Rəhimov APA-ya bildirib ki, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib və gerb bərpa olunacaq.

Qeyd edək ki, Gəncədə bir neçə gündür davam edən külək 10-dan çox evdə və binada fəsadlar yaradıb. Həmçinin Nizami Gəncəvi prospektində binanın üzərinə çəkilmiş üzlük daşlarının aşması nəticəsində iki nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR