Hacıqabul sakinindən avtomat götürülüb

Hacıqabul sakinindən avtomat götürülüb
# 23 sentyabr 2022 10:33 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR