Bakıda həbsxanaya tortun içərisində heroin keçirilməsinin qarşısı alınıb - FOTO

Bakıda həbsxanaya tortun içərisində heroin keçirilməsinin qarşısı alınıb - FOTO
# 23 avqust 2019 17:02 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsmayılov Şahsevən Mayıl oğluna qonşusu, Kəlbəcər rayon sakini Əliyev Qabil Məhəmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0.830 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR