Həyətində çətənə yetişdirən Ucar sakini həbs edilib - VİDEO

Həyətində çətənə yetişdirən Ucar sakini həbs edilib - VİDEO
# 30 iyun 2022 11:08 (UTC +04:00)

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “Xaşxaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayonun Çiyni kənd sakini Abid Mahmudov olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zaman fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR