Həzi Aslanov: "İnsan alveri üzrə İşçi qrupun statusu barədə təkliflər hökumətə təqdim edilib"

Həzi Aslanov

© APA | Həzi Aslanov

# 04 oktyabr 2022 10:30 (UTC +04:00)

İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator yanında İşçi qrupunun hüquqi statusu ilə bağlı təkliflərə baxılıb.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsinə həsr olunan dəyirmi masada deyib.

O bildirib ki, təkliflər artıq hökumətə təqdim edilib: "Onu da qeyd edim ki, işçi qrupunun tərkibində aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunur. Həmin əməkdaşlar öz qurumunda daha yüksək statusa malik olmalıdır ki, problem dərhal operativ qaydada həllini tapsın. Bu da bir daha onu göstərir ki, Milli Koordinator İnstitutu yaradılıb və daha da təkmilləşdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR