Aprelin 20-də yerli vaxtla saat 22:05-də İsmayıllı stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın rayonlarda hiss edilməyib.