Kəngərli sakini bıçaqlanıb

Kəngərli sakini bıçaqlanıb
# 27 fevral 2023 10:52 (UTC +04:00)

Kəngərli rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Şahtaxtı kəndində baş verib.

Kənd sakini 1993-cü il təvəllüdlü Sərvin Hüseynov həmkəndlisi tərəfindən bıçaqlanıb. Naxçıvan MR Xəstəxanasına yerləşdirilən S.Hüseynovun vəziyyəti kafi qiymətləndirilir.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR