Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini A.Sadıqova məxsus, müvafiq sənədləri olmayan “İJ”markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.