Lənkəranda dini icma sədri məsciddə intihar edib

Lənkəranda dini icma sədri məsciddə intihar edib
# 20 oktyabr 2022 17:37 (UTC +04:00)

Lənkəranda dini icma sədri intihar edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev məscidin həyətindəki anbarda özünü asıb.

O, intihar etməzdən əvvəl məktub yazıb. Məktubda "Heç kəsi incitməyin, nə ailəmi, nə də başqa birilərini. Heç kəsin günahı yoxdur, mən özüm edirəm" yazılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

İntiharın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR