Lənkəranda güclü qar məktəb binasının damını uçurub - FOTO

Lənkəranda güclü qar məktəb binasının damını uçurub - FOTO
# 13 yanvar 2023 15:26 (UTC +04:00)

Lənkəranda güclü qar səbəbindən məktəb binasının damı uçub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər mərkəzindən 40 kilometr məsafədə yerləşən Balıqçılar qəsəbəsi ərazisinə güclü qar yağıb. Qarın ağırlığı nəticəsində qəsəbənin məktəb binasının dam örtüyü çöküb.

Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev APA-nın Cənub bürosuna bildirib ki, qarın ağırlığından dam örtüyünün bir hissəsi çöküb. Bununla əlaqədar olaraq, təhsil sektorunun nümayəndələri və eyni zamanda Elm və Təhsil Nazirliyinin təmir-tikinti idarəsinin əməkdaşları məktəbə baxış keçirib. Məktəbin dam örtüyü dəyişdiriləcək. Hazırda tədrisin davam oluna bilməyəcəyi otaqlarda dərs keçən siniflər yaxınlıqda yerləşən inzibati binada tədrislərini davam edəcəklər.

Qeyd edək ki, Balıqçılar tam orta məktəbində 106 şagird təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR