Lənkəranda şəhid atası özünə bıçaq xəsarəti yetirib

Lənkəranda şəhid atası özünə bıçaq xəsarəti yetirib
# 11 yanvar 2023 13:35 (UTC +04:00)

Lənkəranda şəhid atası özünə bıçaq xəsarəti yetirib.

APA xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Şakir Qəni oğlu Əhədov şəhərin Həzi Aslanov küçəsində bıçaqla bir dəfə özünə xəsarət yetirib. Həmin şəxs Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.

Onun oğlu Baloğlan Əhədli Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR