Bank Of Baku

Marketdən 7500 manatlıq oğurluq edən şəxslər tutulub

Marketdən 7500 manatlıq oğurluq edən şəxslər tutulub
# 09 mart 2022 12:21 (UTC +04:00)

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə ötən il noyabrın 25-də və 29-da rayon ərazisindəki marketlərin birindən 7550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Göyüşov, F.Sultanzadə və əvvəllər məhkum olunmuş E.Seyidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR