Bank Of Baku

Masallıda 3 uşaq anası itkin düşüb - FOTO

Şəbnəm Əkbərli

© APA | Şəbnəm Əkbərli

# 13 aprel 2022 15:00 (UTC +04:00)

Masallıda 21 yaşlı qadın itkin düşüb.

Bu barədə APA-ya qadının ailə üzvləri məlumat verib.

Bildirilib ki, rayonun Təzə Alvadı kənd sakini 2001-ci il təvəllüdlü Şəbnəm Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Şəbnəm Əkbərlinin 3 uşaq anası olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsində müraciət olunub. Hazırda onun tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR