Masallıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Masallıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
# 15 oktyabr 2022 12:26 (UTC +04:00)

Masallı rayon polis şöbəsi əməkdaşları, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıblar. Onun üzərindən və yaşadığı evdən külli miqdarda heroin aşkarlanıb.​ ​

APA - nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb. Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılan heroin aşkarlanaraq götürülüb. Şöbə​ əməkdaşları tərəfindən Zahid Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR