Mingəçevirdə 66 yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO

Mingəçevirdə 66 yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO
# 21 aprel 2022 10:58 (UTC +04:00)

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 66 yaşlı Mehdiyev Yaşar Əsgər oğlu yolu keçərkən hərəkətdə olan “Mercedes” markalı, 90 XD 885 dövlət qeydiyyat nişanlı avtomobil onu vurub. Nəticədə ağır xəsarətlər alan Y.Mehdiyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR