Mingəçevirdə bıçaqlanma olub

Mingəçevirdə bıçaqlanma olub
# 25 iyul 2019 12:14 (UTC +04:00)

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR