Polis tərəfindən saxlanılan Arif Hacılı sərbəst buraxılıb - YENİLƏNİB

Polis tərəfindən saxlanılan Arif Hacılı sərbəst buraxılıb - YENİLƏNİB
# 12 noyabr 2019 17:37 (UTC +04:00)

Polis tərəfindən saxlanılan Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

APA-nın məlumatına görə, bu barədə A.Hacılı özü məlumat verib.

***

Saat 14:04

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR