Bank Of Baku

Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edilib

Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edilib
# 11 mart 2022 09:03 (UTC +04:00)

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR