Naxçıvan Dövlət İmtahan Mərkəzində yoxlamalar keçirilir

Naxçıvan Dövlət İmtahan Mərkəzində yoxlamalar keçirilir
# 03 fevral 2023 12:03 (UTC +04:00)

Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən bu gündən yoxlamalar keçirilir.

Yoxlamaların 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu imtahanın suallarının satılması ilə bağlı iddialarla əlaqədar olduğu bildirilir.

Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev APA-ya açıqlamasında yoxlamaların keçirildiyini təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR