Naxçıvanda avtomobil piyadanı vurub.
DİN-dən APA-ya verilən məlumata görə, iyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.