Naxçıvanda kafedə bıçaqlanma olub

Naxçıvanda kafedə bıçaqlanma olub
# 27 fevral 2023 10:07 (UTC +04:00)

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin kafelərindən birində ("Bir Bakal") qeydə alınıb.

Naxçıvan şəhər Qaraxanbəy kənd sakini 1996-cı il təvəllüdlü Məhəmməd Mustafayev münaqişə zəminində tanışı Araz Nemətoğlu tərəfindən bıçaqlanıb.

M.Mustafayev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Təqsirli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR