Naxçıvanda məktəb çöküb, ölənlər və yarananlar var - VİDEO - FOTO

Naxçıvanda məktəb çöküb: Hadisə yerindən fotolar

© APA | Naxçıvanda məktəb çöküb: Hadisə yerindən fotolar

# 31 mart 2022 14:10 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

APA xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı reanimasiyaya yerləşdirilib. Yaralı şəxs Əliyev Alı Həsən oğludur.

Qeyd edilib ki, ölənlər məktəbin inşaatında çalışanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR