Neftçalada maşın aşıb, sürücü ölüb

Neftçalada maşın aşıb, sürücü ölüb
# 01 avqust 2022 22:40 (UTC +04:00)

Neftçalada baş verən avtomobil qəzasında sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Neftçala şəhər sakini - Bağırov Nazim Qəhrəman oğlu, idarə etdiyi 90 CJ 426 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR