Neftçalada müəllimə hücum edilib, cinayət işi açılıb

Neftçalada müəllimə hücum edilib, cinayət işi açılıb
# 10 yanvar 2023 17:05 (UTC +04:00)

Neftçalada ibtidai sinif müəlliminə qarşı soyğunçu hücum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki,

yanvarın 9-da Neftçala rayonu Bankə qəsəbə sakini E.İbrahimova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək günorta saatlarında işlədiyi məktəbdən evə qayıdan zaman bir nəfər naməlum şəxs tərəfindən hücuma məruz qaldığını, həmin şəxsin ona xəsarət yetirdiyini və əlində olan çantasını alaraq həmin ərazidən uzaqlaşdığını bildirib.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR