Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Abbasov İsmayıl Heybət oğlu yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçmək istəyərəkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.