Prokurorluq Gəncədə mühafizəçinin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 23 fevral 2022 15:10 (UTC +04:00)

Baş Prokurorluq Gəncədə zavodda mühafizəçi işləyən şəxsin ölümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan 1982-ci il təvəllüdlü Elçin Yusibov fevralın 23-də gecə saat 03 radələrində iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə də baxış olub.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR