Bank Of Baku

Qaradağda avtomobil hasara çırpılıb, sürücü ölüb

Qaradağda avtomobil hasara çırpılıb, sürücü ölüb
# 14 iyun 2023 08:58 (UTC +04:00)

Qaradağda avtomobil daş hasara çırpılıb.

APA xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 32-ci kilometrliyində 1975-ci il təvəllüdlü, Sabirabad rayonu, Qaratoğay kəndində qeydiyyatda olan Mürsəlov Qalib Bibiqulu oğlu idarə etdiyi “QAZ 3110” markalı minik avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı daş hasara vurub.

Nəticədə sürücü Qalib Mürsəlov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR