Qazaxda 29 yaşlı kişi cərəyan vurmadan ölüb

Qazaxda 29 yaşlı kişi cərəyan vurmadan ölüb
# 27 iyun 2022 21:58 (UTC +04:00)

Qazaxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı kişi xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR