Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
19:36
Qazax rayonunda gənc oğlan Kür çayında batıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Kür çayının rayonun Yuxarlı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlu Kürdə çimərkən batıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, batan şəxsin axtarışları davam edir.