Qazaxda gənc qadın dəm qazından zəhərlənib

Qazaxda gənc qadın dəm qazından zəhərlənib
# 08 yanvar 2022 21:02 (UTC +04:00)

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

1994-cü il təvəllüdlü A.Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımı tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatına görə 28 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR