Rafael Cəbrayılovun qardaşı ilə bağlı qərardan protest verilib

Rafael Cəbrayılov

© APA | Rafael Cəbrayılov

# 20 aprel 2022 11:18 (UTC +04:00)

Prokurorluq həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində verilmiş məhkəmə qərarından apellyasiya protesti verib.

APA-nın əldə etdiyi xəbərə görə, prokurorluq Nərimanov Rayon Məhkəməsinin Elşən Cəbrayılov barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimatın təmin edilməməsi barədə qərarından narazı qalıb.

Prokurorluq bir neçə nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Elşən Cəbrayılov barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edib.

Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılaraq həbs-qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilməyərək, Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR