Saatlıda "Mercedes" yanıb

Saatlıda "Mercedes" yanıb
# 30 may 2022 18:39 (UTC +04:00)

Saatlı rayonunun Qazanbatan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticədə avtomobil yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR