Sabirabadda iki azyaşlını avtomobil vurub

Sabirabadda iki azyaşlını avtomobil vurub
# 20 mart 2023 22:08 (UTC +04:00)

Sabirabadda 12 və 13 yaşlı uşaqları avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qəzli kəndində baş verib.

"VAZ 2106" markalı avtomobil yolu keçən Qəzli kənd sakinləri, 2012-ci il təvəllüdlü Xəlilov Özal Hafiz oğlu və 2013-cü il təvəllüdlü Muradov İmran Kamil oğlunu vurub.

Yaralılar Sabirabad xəstəxanasına aparıldıqdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR