Sabirabadda iki gün əvvəl itkin düşən qadının meyiti Kür çayından tapılıb

Sabirabadda iki gün əvvəl itkin düşən qadının meyiti Kür çayından tapılıb
# 25 iyun 2019 19:23 (UTC +04:00)

Sabirabadda iki gün əvvəl itkin düşən qadının meyiti Kür çayından tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2 gün əvvəl itkin düşdüyü bildirlən 25 yaşlı Fidan Məmmədağa qızı Bayramovanın meyiti Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılıb. Meyit FHN əməkdaşları tərəfindən çıxarılaraq Şirvan morquna təhvil verilib.

Hazırda meyitin müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR