Salyanda ev yanıb

Salyanda ev yanıb
# 30 yanvar 2023 08:58 (UTC +04:00)

Salyan rayonunun Kür Qaraqaşlı kəndində ev yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR