Samuxda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

Samuxda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
# 03 fevral 2023 21:00 (UTC +04:00)

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ "markalı minik maşını yük avtomobili ilə toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR