“Sədərək” ticarət mərkəzində yanğın söndürülüb- VİDEO - YENİLƏNİB-6

Sədərək Ticart Mərkəzində yanğın

© APA | Sədərək Ticart Mərkəzində yanğın

# 08 yanvar 2023 22:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.

FHN-dən APA-ya bildirilib ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

21.42

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən APA-ya bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

20.30

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

APA-nın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

****

20.00

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 20-ə yaxın texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 19.54

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsi əməliyyatına başlanılıb.

APA-nın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

***

saat 19.33

Xəbərə video və şəkillər əlavə edilib.

***

saat

18.50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

© APA | Sədərək Ticarət Mərkəzində yanğın

© APA | Sədərək Ticart Mərkəzində yanğının söndürülməsi

© APA | Sədərək Ticart Mərkəzində yanğının söndürülməsi əməliyyatı

© APA | Sədərək Ticart Mərkəzində yanğının söndürülməsi əməliyyatı

© APA | SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN - HADİSƏ YERİNDƏN

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR