Şəkidə 17 yaşlı gənc itkin düşüb

Şəkidə 17 yaşlı gənc itkin düşüb
# 15 yanvar 2023 12:15 (UTC +04:00)

Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev dünən təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR