Bank Of Baku

Şəkidə minik maşını yanıb - FOTO

Şəkidə minik maşını yanıb - FOTO
# 07 aprel 2022 15:16 (UTC +04:00)

Şəkidə minik avtomobili yanıb.
APA-nın şimal-qərb bürosunun xəbərinə görə, bu gün günorta saatlarında Şəki şəhəri Güləhli məhəlləsində park edilən, Şəki şəhər sakini Şəhriyar Vaqif oğlu Kərimova məxsus "Mercedes" markalı, 99 UD 555 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR