Şəkinin polis rəisi vəzifəsindən azad edilib

Şəkinin polis rəisi vəzifəsindən azad edilib
# 10 mart 2023 11:50 (UTC +04:00)

Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR