Bank Of Baku

Şəmkirdə evdə yanğın olub, azyaşlı xəsarət alıb

Şəmkirdə evdə yanğın olub, azyaşlı xəsarət alıb
# 08 aprel 2022 14:12 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəllər qəsəbəsi, Səməd Vurğun küçəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı evdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 3 otaqlı evin mətbəxi yanıb, ev yanğından mühafizə olunub. Ev sahibinin övladı, 2016-ci il təvəllüdlü Rəvan Əliyev alovun içindən yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR