Sərhəddən bəyan edilməmiş mal keçirmək istəyən bir qrup şəxs gömrükçülərə təzyiq edib - FOTO - VİDEO

Sərhəddən bəyan edilməmiş mal keçirmək istəyən bir qrup şəxs gömrükçülərə təzyiq edib  - FOTO  - VİDEO
# 28 may 2023 00:08 (UTC +04:00)

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasında Dubay-Bakı aviareysi ilə gələn bir qrup şəxs kommersiya məqsədləri üçün nəzərdə tutulan malları sadələşdirilmiş qaydada gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirməyə cəhd göstəriblər.

APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin şəxslərə gömrük qanunvericiliyinin tələblərini izah edib, gömrük rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Gömrük əməkdaşları həmin şəxslərə məxsus irihəcmli baqajlara gömrük baxışının həyata keçirilməsi məhdudluğunu nəzərə alaraq və digər aviareyslərlə gələn baqajsız sərnişinlərə maneçilik yaratmamaq məqsədilə onlara qonşu inzibati binada gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün istiqamət veriblər.

Lakin həmin şəxslər gömrük əməkdaşlarının haqlı tələbinə məhəl qoymayaraq müxtəlif vasitələrlə gömrük orqanları haqqında mənfi ictimai rəy yaratmağa və bu yolla gömrük əməkdaşlarına təzyiq etməyə cəhd göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR