Bank Of Baku

Şirvan sakini bacısını öldürərək basdırıb - YENİLƏNİB - VİDEO

Şirvan sakini bacısını öldürərək basdırıb  - YENİLƏNİB  - VİDEO
# 15 mart 2022 22:47 (UTC +04:00)

Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.

Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.

Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır.

***

21.41

Şirvan sakini bacısını qətlə yetirərək basdırıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir-neçə gün əvvəl qətlə yetirlərək Şirvan-Salyan yolunun sağ tərfində yerləşən dağlıq ərazidə basdırılıb.

Meyit hüquq-mühafizə orqanları təfindən basdıqlıdığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirlib.

Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR