Şirvanda yük maşını evə çırpılıb, sürücü xəsarət alıb - FOTO

Şirvanda yük maşını evə çırpılıb, sürücü xəsarət alıb - FOTO
# 31 avqust 2022 11:05 (UTC +04:00)

Şirvanda yük avtomobili yaşayış evinə çırpılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobili idarə edən Ağcabədi rayonunun Hüsülü kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ravil Pərviz oğlu idarəetməni itirdiyindən maşın yoldan çıxıb. Nəticədə yük avtomobili fərdi yaşayış evinə çırpılıb, yaşayış evinin qarşısında dayanan "QAZel" markalı avtomobili aşırıb. Ev təsərrüfatına ciddi ziyan dəyib. Xəsarət alan sürücü Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR