Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada ölüb

Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada ölüb
# 30 oktyabr 2022 12:32 (UTC +04:00)

Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 26-da Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində baş verib.

İdarə etdiyi avtomobili aşıran sürücü 19991-ci il təvəllüdlü Rzayev Toğrul Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Aparılan müalicə tədbirlərinə baxmayaraq o bu gün xəstəxanada vəfat edib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR