Sumqayıtda kanalda batan gəncin meyiti tapılıb - YENİLƏNİB

Əliyev Fikrət

© APA | Əliyev Fikrət

# 24 iyul 2022 16:43 (UTC +04:00)

Sumqayıtda 3 gün bundan əvvəl itkin düşən 17 yaşlı gəncin kanalda batdığı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 8-ci mikrorayonda yaşayan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlu iyulun 21-də ailəsi ilə Hacı Zeynalabdin qəsəbəsində nənəsigilə gedib. Elə həmin gün evdən çıxan F. Əliyev geri qayıtmayıb.

Bu gün isə onun kanalda batdığı məlum olub.

Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun axtarışları başa çatıb. F.Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR